26 
İyn
2019
19:00
351
64
3856
Virtual karabakh

Konqresin qərarı: Tramp İrana icazəsiz zərbə endirə bilməz

26 İyn, 2019
19:00
3856

Konqresin qərarı: Tramp İrana icazəsiz zərbə endirə bilməz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinə milli müdafiə haqqında qanuna dəyişikliklərə dair layihə təqdim edilib.

RBK-nın məlumatına görə, dəyişikliklər qanunverici orqanın ilkin razılığı olmadan İrana hərbi zərbənin maliyyələşdirilməsini qadağan edir.

Sənədi konqresmenlər Ro Xanna və Mett Hets hazırlayıblar. Onların təkliflərinə əsasən, Konqres Tehrana müharibə elan etməyənədək və ya icazə verməyənədək İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi bloklanacaq.

R.Xannanın fikrincə, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə müharibəyə başlamağın bir addımlığında olub. Bu müharibə Vaşinqtona 3 trilyon dollara başa gələ bilərdi.

Xatırladaq ki, D.Tramp zərurət yaranacağı təqdirdə, konqresmenlərlə razılaşdırmadan İrana zərbə endirməyin mümkün olduğunu bəyan etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri