27 
İyn
2019
03:07
252
21
6371
Virtual karabakh

Saakaşvili Gürcüstana nə vaxt qayıda bilər?

27 İyn, 2019
03:07
6371

Saakaşvili Gürcüstana nə vaxt qayıda bilər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mixeil Saakaşvili yaxın gələcəkdə Gürcüstana qayıda bilər.

Bunu “Exo Moskva”ya müsahibəsində M.Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs deyib.

Onun sözlərinə görə, xalq kifayət qədər güc toplayanda və ərinin təhlükəsizliyinə zəmanət veriləndə M.Saakaşvili Gürcüstana qayıdacaq:

“Hazırda o, Ukraynadadır və çox vacib siyasi proseslərlə məşğuldur. Bildiyiniz kimi, Saakaşvili Ukraynada parlament seçkilərində iştirak etmək istəyir”.

S.Rulofs Tbilisidə davam edən etiraz aksiyaları barədə də danışıb. O bildirib ki, Tbilisidəki etirazlar Gürcüstanın indiki hökumətinin səhvidir:

“Belə sərt və qeyri-insani reaksiya vermək olmazdı. Biz indi güc tətbiq etməyə görə məsuliyyət daşıyanların həbs olunmasını tələb edirik”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri