26 
İyn
2019
11:23
333
65
3414
Virtual karabakh

Rusiyadan daha bir zərbə: Gürcü şərabı qadağan edilə bilər

26 İyn, 2019
11:23
3414

Rusiyadan daha bir zərbə: Gürcü şərabı qadağan edilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada ticarət şəbəkələrindən Gürcüstan şərabının piştaxtalardakı payı haqqında məlumat toplanmağa başlanılıb.

Kommersant xəbər verir ki, bu prosedur Gürcüstandan şərabın gətirilməsinə qadağa qoyulmasına hazırlıq ola bilər.

Hazırda gürcü şərabı Rusiya idxalının 17%-ni təşkil edir. Ekspertlər xəbərdarlıq edirlər ki, məhdudiyyət ehtimalı qanunsuz idxalın artması və Gürcüstan şərab müəssisələrinin bir qisminin bağlanması ilə nəticələnə bilər.

Xatırladaq ki, iyunun 21-də Tbilisidə növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə etirazlar başlayıb. Buna səbəb Rusiyanın deputatlardan ibarət nümayəndə heyətinin rəhbəri Sergey Qavrilovun Tbilisiyə səfəri zamanı Gürcüstan parlamentinin spikerinin kreslosunda oturması olub.

Rusiya Prezidenti Vladimir Putin etirazlar fonunda yerli aviaşirkətlərin iyulun 8-dən Gürcüstana uçuşunu müvəqqəti qadağan edən fərman imzalayıb. İyunun 24-də Gürcüstandan Rusiyaya tədarük edilən alkoqolun keyfiyyətinə və təhlükəsizliyinə nəzarət gücləndirilməyə başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri