27 
İyn
2019
02:33
37
126
8238
Virtual karabakh

Yeni "Ceyms Bond" filmində seks qalmaqalı

27 İyn, 2019
02:33
8238

Yeni "Ceyms Bond" filmində seks qalmaqalı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər kəsin böyük maraqla gözlədiyi “Ceyms Bond” filminin növbəti bölümü çəkilir. Lakin ekran işinin çəkilişləri zamanı xoşagəlməz hadisə yaşanıb.

TMZ xəbər verir ki, Piter Hartli adlı işçi vuayerizmdə (red. - cinsi əlaqədə olanları güdmək) günahlandırılaraq həbs olunub.

Belə ki, işçi “Pinewood” studiyasında lentə alınan sözügedən filmin çəkiliş məkanlarında yerləşən qadın tualetinə gizli kameralar yerləşdirib. Gizli kameraların bir neçəsi isə vanna otağında tapılıb.

Piterin bu əməli ona baha başa gəlib. O, dərhal vəzifəsindən azad edilib.

Hazırda polis "Bond 25" adlı filmin çəkilişində əməyi keçən bütün şəxsləri nəzarət altına alıb.

Bu isə öz növbəsində, çəkiliş prosesini əhəmiyyətli dərəcədə yubadaraq, filmin nəzərdə tutulan vaxtda böyük ekranlara çıxmağına mane ola bilər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri