27 
İyn
2019
00:13
52
118
12204
Virtual karabakh

Notr-Dam kilsəsindəki yanğının səbəbi məlum oldu

27 İyn, 2019
00:13
12204

Notr-Dam kilsəsindəki yanğının səbəbi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisin Notr-Dam kilsəsindəki yanğının səbəbi məlum olub.

İlkin araşdırmalara görə, tarixi Notr-Dam kilsəsindəki dəhşətli yanğına söndürülməmiş siqaret və ya elektrik kabelləri səbəb olub.

Bu barədə Fransa mətbuatı Paris Prokurorluğuna istinadən məlumat yayıb.  

Daha əvvəl yanğın kafedralın yenidən qurulması üçün aparılan təmir işləri ilə əlaqələndirilirdi.

Qeyd edək ki, yerli əhali və ekspertlər yanğının təsadüf nəticəsində baş verməsi barədə iddialara inanmırlar. 

Xatırladaq ki, bu il aprelin 16-da Parisin ən məşhur məkanlarından olan tarixi Notr-Dam kilsəsində güclü yanğın baş vermişdi.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri