27 
İyn
2019
02:11
13
113
3160
Virtual karabakh

“Boeing 737 MAX”ın yeni “potensial risk faktoru” aşkarlandı

27 İyn, 2019
02:11
3160

“Boeing 737 MAX”ın yeni “potensial risk faktoru” aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəndaş aviasiyasının Federal İdarəsi (FAA) “Boeing 737 MAX”ın yeni “potensial risk faktoru”nu aşkar edib. 

RİA Novosti”yə qurumun nümayəndəsi tərəfindən verilən məlumata görə, artıq şirkətə problemi aradan qaldırmaqla bağlı göstəriş verilib.

“FAA hazırda potensial problemlərin aşkar edilməsi üzərində çalışır. FAA bu yaxınlarda yeni risk faktorunu aşkar edib ki, “Boeing”ə onu aradan qaldırmaqla bağlı tapşırıq verilib”, - deyə qurumun nümayəndəsi bildirib.

Onun sözlərinə əsasən, qurum “737 MAX”ın yeni proqram təminatının yoxlanılmasına olduqca ciddi yanaşır. “Boeing 737 MAX”ın uçuşlara buraxılacağı tarix hələ açıqlanmır. 

“Qurum təyyarələrin bu modelini tam təhlükəsiz hesab etdikdən sonra onlar uçuşa buraxılacaqlar”, - deyə nümayəndə qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri