27 
İyn
2019
03:40
224
65
9273
Virtual karabakh

İran Trampın hədələrinə cavab verdi

27 İyn, 2019
03:40
9273

İran Trampın hədələrinə cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın xarici işlər naziri Məhəmməd Cavad ABŞ prezidenti Donald Trampın İranı “məhv” etməyə hazır olmağı ilə bağlı bəyanatına cavab verib. Bu barədə CNN məlumat verir.

Nazir bildirib ki, Trampın sözləri ABŞ-ın qeyri-qanuni planlarından xəbər verir.

“Birləşmiş Ştatlar İranı “məhv edə” bilməz. Tramp BMT-nin bu cür hədələrin qeyri-qanuniliyi qeyd olunan qərarının olduğunu yada salmalıdır”, - deyə Cavad vurğulayıb.

Xatırladaq ki, Tramp rəsmi Tehranı hədələyərək,  ABŞ-a qarşı istənilən yeni hücum olduğu təqdirdə İranı “məhv” edəcəyini bildirmişdi. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri