27 
İyn
2019
08:06
62
293
14817
Virtual karabakh

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO

27 İyn, 2019
08:06
14817

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada, Buryatiya Respublikasının şimalında “Anqara” aviaşirkətinə mənsub “An-24” sərnişin təyyarəsi qəza enişi edib. Hadisə zamanı iki pilot ölüb, daha yeddi nəfər xəsarət alıb. 

RİA Novosti” bildirir ki, bu barədə respublika rəhbərinin mətbuat katibi Aleksey Fişev məlumat yayıb.

Onun sözlərinə əsasən, təyyarədəki biri uşaq olmaqla, 43 nəfər xilas edilib. 

“Təyyarə bu gün səhər saatlarında  Nijneanqarskdan Ulan-Udeyə uçmaq üçün havaya qalxıb.  Bir qədər sonra onun mühərriklərindən birində nasazlıq yaranıb. Heyət hava limanına qayıtmaq qərarına gəlib.

İlkin məlumata görə, təyyarə eniş edərkən, uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Nəticədə, təyyarə alışıb”, - deyə Fişev bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri