27 
İyn
2019
13:03
225
36
4098
Virtual karabakh

Atambayevin toxunulmazlığı ləğv edildi

27 İyn, 2019
13:03
4098

Atambayevin toxunulmazlığı ləğv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstan parlamenti Almazbek Atambayevi sabiq prezident statusundan məhrum edib.

Sputnik Qırğızıstan” xəbər verir ki, bundan sonra o, avtomatik olaraq toxunulmazlıq hüququndan da məhrum olub.

103 deputat statusdan məhrum edilmənin lehinə, altı deputat isə əleyhinə səs verib.

Xatırladaq ki, iyunun 23-də ölkə parlamentinin yaratdığı xüsusi komissiyasının işinin nəticələrinə əsasən, A.Atambayevin altı cinayətdə əli olması ehtimalı var. Parlament iyunun 20-də bu rəyi qəbul edərək Baş Prokurorluğa göndərib.

Baş prokuror Otkurbek Jamşitov iyunun 25-də bildirib ki, cinayət işi açmaq üçün altı faktdan beşi üzrə əsas var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri