İyl
2019
09:00
37
63
2648
Virtual karabakh

“Vimm-Bill-Dann”ın reyderlikdə ittiham olunan qurucusu Rusiyadan qaçıb

1 İyl, 2019
09:00
2648

“Vimm-Bill-Dann”ın reyderlikdə ittiham olunan qurucusu Rusiyadan qaçıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəddar 90-cı illər”in (hətta 80-ci illərin) ilk biznesmenlərindən biri, “Vimm-Bill-Dann” şirkətinin qurucusu David Yakobaşvili Rusiyaya qayıtmaq niyyətində deyil.

İnfo24.ru xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yeysk liman elevatorunun ələ keçirilməsinə cəhdlə əlaqədar D.Yakobaşvili ilə maraqlanır.

D.Yakobaşvilini reyderlikdə ittiham etmiş biznesmen 2018-ci ildə ondan məhkəmə vasitəsilə 6,4 milyon dollar (10,9 milyon manat) almağa cəhd edib, lakin bu cəhd uğursuz olub.

FTX əməkdaşları iyunun 18-də D.Yakobaşvilinin Moskvadakı “Sobranie” şəxsi kolleksiyalar muzeyində axtarış aparıblar. O özü isə həmin gün BMT-nin Cenevrədə keçirilmiş forumunda olub.

Axtarışlardan sonra D.Yakobaşvili bəyan edib ki, “həmin iş həll edilməyənədək” Rusiyaya gəlməyi planlaşdırmır. D.Yakobaşvili Monakoda daimi yaşayanda da Rusiyada nadir hallarda olurdu.

Onun sözlərinə görə, qeyri-adekvat şeylər baş verir: “Rusiyada aktiv fəaliyyətdə deyiləm, yalnız muzeyim var, o da sərbəst işləyir”.

Sonradan biznesmen öz sözlərini dəqiqləşdirib – D.Yakobaşvili iddia edir ki, axtarışlardan da əvvəl Rusiyaya gəlməyə hazırlaşmayıb: “Mən heç bir yerə qaçmamışam. Əgər təhlükə hiss edəsi və qaçası olsam, deyəcəyəm”.

D.Yakobaşvili “Forbes” jurnalının Rusiya üzrə reytinqində 750 milyon dollar (1,3 milyard manat) sərvəti ilə 145-ci yeri tutur. 2017-ci ildə Afrikada metalların (qızıl, kobalt, qalay) ticarəti ilə bağlı iki şirkətdə pay sahibi olub. O, 2018-ci ildə Pavel Durovun “Telegram” messencerinə 10 milyon dollar (17 milyon manat) sərmayə qoyub.

Mənbələr “Sobranie” muzeyindəki axtarışları FTX-nin biznesmen Boris Minaxinin bəyanatı üzrə araşdırdığı dələduzluq haqqında cinayət işi ilə əlaqələndiriblər. D.Yakobaşvilinin uşaqlıq dostu və çoxdankı biznes tərəfdaşı Rusiyanın cənubundakı ən iri taxıl terminallarından biri olan Yeysk liman elevatorunun reyderliklə ələ keçirilməsi cəhdi barədə açıqlama verib.

D.Yakobaşvili və B.Minaxi arasında münaqişə 2017-ci ildə baş verib. Yayda B.Minaxiyə dəyənəklərlə hücum olub: biznesmeni qandallayaraq Rublyov şosesindəki kotecə aparıblar və orada bir neçə saat saxlayaraq pul verməsini tələb ediblər. B.Minaxi 2018-ci ildə məhkəmə yolu ilə keçmiş tərəfdaşından 6,4 milyon dollar (10,9 milyon manat) almağa çalışıb. İddia edib ki, D.Yakobaşviliyə borca pul verib, lakin borc müqavilələrinin əslini təqdim edə bilməyib.

B.Minaxi mübahisəyə səbəb olan Yeysk liman elevatorunun 2011-ci ildən səhmdarıdır. 2016-cı ilin avqustunda müəssisənin “Obyedinyonnaya zernovoya kompaniya”ya (OZK) məxsus səhmlərinin 46 faizi D.Yakobaşvili ilə əlaqəli biznes-struktura satılıb.

Versiyalardan birinə əsasən, D.Yakobaşvili vaxtilə Yeysk liman elevatorunun nəzarət paketini B.Minaxiyə “borca verib”. Bir müddətdən sonra B.Minaxinin müəssisənin şəriki olan OZK ilə fikir ayrılıqları yaranıb və şirkət öz paketinin (46%) satışı üzrə hərrac keçirib. B.Minaxi 2015-ci ildə hərracda qalib gəlib, ancaq razılaşmanı maliyyələşdirməkdən imtina edib. D.Yakobaşvili artıq 2016-cı ildə OZK-nin paketinə görə 18 milyon dollar (30,5 milyon manat) ödəyib.

B.Minaxinin özü Yeysk limanı elevatoru üzərində nəzarətə görə yaranmış münaqişənin versiyasını açıq şəkildə təqdim etməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri