İyl
2019
13:07
72
243
7995
Virtual karabakh

Dubay əmiri Avropaya qaçmış arvadını məhkəməyə verdi

5 İyl, 2019
13:07
7995

Dubay əmiri Avropaya qaçmış arvadını məhkəməyə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri, Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktum Avropaya qaçmış həyat yoldaşı Həyya bint əl-Hüseyni məhkəməyə verib.

CNN xəbər verir ki, məhkəmədə dinləmələr iyulun 30-u və 31-nə təyin edilib.

Məhkəmə iyulun 30-da əmir və arvadının iki uşaq üzərində qəyyumluğu məsələsinə baxacaq. Şahzadə Həyya əri ilə məhkəmə çəkişməsinə hazırlaşır.

Xatırladaq ki, şahzadə iki uşağı ilə birlikdə iyunun sonunda Almaniyaya qaçıb və özü ilə 39,3 milyon dollar götürüb. Sonradan onun Londonda 107 milyon dollar dəyərində evdə yaşadığı xəbəri yayılıb.

Qeyd edək ki, şahzadə Həyya İordaniya Kralı II Abdullahın bacısıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri