İyl
2019
09:33
68
43
4338
Virtual karabakh

“Instagram”da yeniliklər

9 İyl, 2019
09:33
4338

“Instagram”da yeniliklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram” sosial şəbəkəsi internetdə nifrət və böhtan halları ilə mübarizəyə istiqamətlənmiş yeniliklər tətbiq edib.

TASS xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Məlumata əsasən, süni intellektin köməyi ilə bu və ya digər istifadəçinin öz paylaşım və şərhlərində hansı leksikadan istifadə etdiyi müəyyən ediləcək.

Əgər imza təhqiramiz kimi qiymətləndirilsə, müəllifə onu daha az sərt söz və ifadələrlə işlətməklə dəyişmək təklif olunacaq.

Sosial şəbəkədə daha bir innovasiya “Restrict” (“Məhdudlaşdırmaq”) funksiyası olacaq. Yeni funksiya başqa istifadəçilərin təhqiramiz şərhlərini öz paylaşımlarının altında gizlətməyə imkan verəcək.

Bununla belə, həmin şəxslər bu cür şərhləri yazmağa davam edə biləcəklər, lakin həmin yazıları yalnız özləri görəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri