10 
İyl
2019
09:50
197
40
5540
Virtual karabakh

Santexniki döydürən səudiyyəli şahzadəni cəza gözləyir

10 İyl, 2019
09:50
5540

Santexniki döydürən səudiyyəli şahzadəni cəza gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bacısı Hassanın fiziki zorakılığa görə altı ay şərti azadlıqdan məhrum edilməsi və cərimələnməsi tələb olunur.

“CBSNews” xəbər verir ki, o, üç il əvvəl mühafizəçisinə Parisdəki mənzilində təmir işləri aparan santexniki döyməyi əmr edib.

Deyilənə görə, guya ustanın onun mənzilində şəkil çəkdirməsi Hassanı əsəbiləşdirib. Santexnikin sözlərinə görə, onun əl-qolunu bağlayaraq şahzadənin ayaqlarını öpməyə məcbur ediblər. Santexnikin alətləri də müsadirə edilib.

İddia edilir ki, Hassa ustaya it deyərək onun yaşamaq haqqının olmadığını bildirib.

Şahzadənin vəkilləri isə bütün ittihamları rədd edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri