10 
İyl
2019
14:16
201
27
2573
Virtual karabakh

Məhkəmə Trampa “Twitter”də qadağa qoydu

10 İyl, 2019
14:16
2573

Məhkəmə Trampa “Twitter”də qadağa qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-York Apellyasiya Məhkəməsi qərar verib ki, ABŞ Prezidenti Donald Trampın “Twitter” səhifəsində onun ünvanına sərt ifadələr işlədən istifadəçiləri bloklamaq hüququ yoxdur.

“Hi-Tech Vesti” xəbər verir ki, D.Trampın “Twitter”də blokladığı yeddi nəfər 2017-ci ildə ABŞ liderinə qarşı məhkəmədə iddia qaldırmışdı.

Onlar hesab edirlər ki, Prezidentin mikrobloqu ictimai mübahisələr və müzakirələr üçün meydançadır, D.Tramp isə vətəndaşların ona girişini məhdudlaşdırmamalıdır.

Nyu-Yorkun Manhetten rayonundakı federal məhkəmə 2018-ci ilin mayında bəyan edib ki, ABŞ Prezidenti istifadəçiləri bloklamaqla söz azadlığını pozur və onların mikrobloqa girişini bərpa etməyi tələb edib.

Həmin vaxt ABŞ Ədliyyə Nazirliyi bu qərarı Apellyasiya Məhkəməsinə şikayət etmişdi. Məhkəmə bu işə bir ildən çox baxdıqdan sonra qərarı qüvvədə saxlayıb.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri