10 
İyl
2019
19:32
452
47
10667
Virtual karabakh

Zelenski məmura “quldur” deyib yığıncaqdan qovdu - VİDEO

10 İyl, 2019
19:32
10667

Zelenski məmura “quldur” deyib yığıncaqdan qovdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Vladimir Zelenski Barispolda yerli Şəhər Şurasının katibi Yaroslav Qodunoku yığıncaqdan qovub.

“Obozrevatel” xəbər verir ki, Y.Qodunokun zaldakı qışqırıq səsləri V.Zelenskinin xoşuna gəlməyib.

Ukrayna Prezidenti qeyd edib ki, kimsə çox qışqıranda köməkçilərindən həmin insan barədə internetdə məlumat tapmağını istəyib. Bundan sonra o, telefonun ekranından Cinayət Məcəlləsinin maddəsini oxuyub:

“Batkivşina” partiyasının üzvü, Borispol Şəhər Şurasının katibi daha əvvəl quldurluq maddəsi üzrə mühakimə olunub. Yaroslav Nikolayeviç, bu sizsiniz? Çıxın buradan. Çıxın, quldur”.

Y.Qodunok hiddətlənib və baş verənləri “sirk” adlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri