10 
İyl
2019
20:42
76
323
5239
Virtual karabakh

Xoruza gecələr banlamaq qadağan edildi - İsveçrədə

İsveçrənin Sürix kantonunun sakinləri xoruzun gecələr banlamasına görə, məhkəməyə şikayət ediblər.

“Neue Zurcher Zeitung” qəzeti xəbər verir ki, məhkəmə xoruzun sahibinin adi günlərdə quşun axşam saat 22:00-dan səhər saat 08:00-dək, bazar günləri isə axşam saat 22:00-dan səhər saat 09:00-dək “səssiz” qalmasını təmin etməyə dair hökm edib.

Xoruz göstərilən müddət ərzində toyuq hinini tərk edə bilməz.

Məhkəmə toyuq hininin səs izolyasiyasını yaxşılaşdırmağı da tələb edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri