11 
İyl
2019
15:46
64
203
4864
Virtual karabakh

Belarusda 18 yaşlı azərbaycanlı həbs edildi - Qız üstündə

11 İyl, 2019
15:46
4864

Belarusda 18 yaşlı azərbaycanlı həbs edildi - Qız üstündə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusda məhkəmə Azərbaycan vətəndaşı Rüstəm Rəhimovu adam öldürməkdə təqsirli bilib.

“Mediabrest.by” xəbər verir ki, 18 yaşlı R.Rəhimov 2018-ci il noyabrın 12-də 21 yaşlı Aleksey Krivoşeyanı qətlə yetirib.

Tərəflər arasında mübahisə qıza görə baş verib. Aleksey Rüstəmin keçmiş rəfiqəsi ilə görüşürmüş. Bu isə Rüstəmin xoşuna gəlməyib və Alekseyi söhbətə çağırıb.

Aleksey söhbətə iki, Rüstəm isə yeddi nəfərlə gəlib. Tərəflər arasında dava zamanı Rüstəm Alekseyə ölümcül bıçaq zərbəsi endirib. Sonuncu qan itkisindən dünyasını dəyişib.

Məhkəmə azərbaycanlını qəsdən adam öldürməkdə təqsirli bilərək 11 il azadlıqdan məhrum edib. Bundan başqa, Rüstəm Alekseyin qohumlarına təzminat ödəməlidir.

Qeyd edək ki, 18 yaşlı R.Rəhimov Aviasiya Akademiyasında təhsil almaq üçün Belarusa getmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri