13 
İyl
2019
01:18
42
440
5088
Virtual karabakh

Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir

13 İyl, 2019
01:18
5088

Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da senatorların bir qrupu prezident Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

“RİA Novosti” xəbər verir ki, buna səbəb Türkiyənin Rusiyadan S-400 raket sistemi alması və beşinci nəsil F-35 qırıcıları ilə bağlı proqramdan çıxmasıdır.

“Biz prezident Trampı “ABŞ-a tərəfdaş olmayanlara qarşı sanksiyalar haqqında” qanuna əsasən sanksiya tətbiq etməyə çağırırıq. Bundan əlavə, F-35-lərlə bağlı proqramı qeyri-müəyyən vaxta qədər dayandıran Türkiyənin ümumiyyətlə bu proqramdan çıxarılmasını tələb edirik”, - deyə senatorlar bildiriblər.

Sözügedən sənədə respublikaçıların silahlı güc komitəsinin rəhbəri Cim İnxof, demokratlar komitəsinin rəhbəri Cek Rid, respublikaçılar və demokratların beynəlxalq əlaqələr komitəsinin rəhbərləri Cim Riş və Bon Menendes imza atıblar.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi cümə günü “S-400”lərin ölkəyə gətirilməsinə başlanacağını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri