13 
İyl
2019
23:58
208
39
4917
Virtual karabakh

“Barri” Luizana sahillərinə çatdı: Tramp fövqəladə vəziyyət elan etdi

13 İyl, 2019
23:58
4917

“Barri” Luizana sahillərinə çatdı: Tramp fövqəladə vəziyyət elan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barri” qasırğası ABŞ-ın Luizana ştatının sahillərinə çatıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın qasırğaları izləmə mərkəzi məlumat yayıb.

Meteoroloji mərkəzin saytından bildirilib ki, “Barri” artıq ştatın lap yaxınlığındadır. Əhaliyə fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq edilib. Qasırğanın həyat üçün təhlükəli ola biləcəyi və onun nəticəsində çayların öz məcrasından çıxması gözlənilir.

Bundan əlavə, qasırğanın sahilə çatmasından sonra tədricən tropik fırtına səviyyəsinə düşməsi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Luizanada fövqəladə vəziyyət elan etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri