14 
İyl
2019
01:57
55
163
17844
Virtual karabakh

Moskva aeroportlarında 40 reys təxirə salındı

14 İyl, 2019
01:57
17844

Moskva aeroportlarında 40 reys təxirə salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva aeroportunda qeyri-stabil uçuş rejimi davam edir.

REN TV xəbər verir ki, daha 40 reys ya təxirə salınıb, ya da başqa vaxta keçirilib.

“Domodedovo” hava limanından bildirilib ki, ötən gün 14 reysin vaxtı dəyişdirilib, daha doqquz reys isə ümumiyyətlə ləğv edilib. “Şeremetovo”da isə doqquz enişə icazə verilməyib.

Rusiya paytaxtının digər hava limanı – “Vnukovo”da isə yeddi uçuş gecikmə ilə həyata keçirilib.

Qeyd edək ki, Moskva aeroportlarında bu cür hərc-mərclik bir neçə gündür ki, davam edir. Buna səbəb olan amillərdən biri də qeyri-stabil hava şəraitidir.

Daha əvvəl şəhərdə güclü duman olması ilə bağlı rəsmi qurumlar və əhaliyə xəbərdarlıq edilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri