14 
İyl
2019
10:48
36
171
1837
Virtual karabakh

Londonda avtomobil piyadalara çırpıldı: yaralılar var

14 İyl, 2019
10:48
1837

Londonda avtomobil piyadalara çırpıldı: yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londonda bir avtomobil piyada keçidindəki insanlara çırpılıb. Nəticədə, yeddi nəfər yaralanıb.

Bununla bağlı BBC məlumat yayıb.

Qəza dünən axşam Batersi bölgəsində meydana gəlib. Qeyd edək ki, avtomobil yaxınlıqdakı mehmanxanadan çıxan bir qrup insana çırpılıb. Yaralılardan birinin ayağı sınıb, qalanları isə kiçik xəsarətlər alıb.

Polis hadisəni terrorla əlaqələndirmir. Qəzadan sonra hüquq-mühafizə orqanları əməkdaşları üç nəfərin həbs edildiyini bildiriblər. Bundan başqa, hadisə yerində yaxınlaşan daha dörd nəfər saxlanılıb.

“Daily Star” yazır ki, onlar ictimai asayişi pozmaqda günahlandırılıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri