15 
İyl
2019
22:22
30
191
4551
Virtual karabakh

Tramp irqçi qalmaqala səbəb oldu: Bizə ağıl verməyin!

15 İyl, 2019
22:22
4551

Tramp irqçi qalmaqala səbəb oldu: Bizə ağıl verməyin!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Demokrat Partiyasının üzvləri növbəti dəfə Prezident Donald Trampı irqçilik və ksenofobiyada ittiham ediblər.

Islam Today” xəbər verir ki, buna Trampın “Twitter”də yaydığı bəyanat səbəb olub:

“ABŞ Konqresindəki digər ölkələrdən olan demokrat qadınlar dünyanın ən böyük və ən güclü ölkəsi ABŞ vətəndaşlarına hakimiyyətin necə idarə edilməli olduğunu deyirlər.  Onların özlərinin gəldiyi ölkələrin hökumətləri dünyanın ən pis, ən rüşvətxor və ən bacarıqsız hökumətləridir”.

O, həmçinin demokrat qadın siyasətçilərə “geri qayıdaraq, gəldikləri yeri tam məhv olmaqdan və cinayətkarlıqdan xilas etməyi” təklif edib.

“Məhz bundan sonra onlar gələrək bizə bunların necə edildiyini deyə bilərlər”, - ABŞ Prezidenti əlavə edib.

Tramp bu sözlərini kimə ünvanladığını deməsə də, miqrantların hüquqlarını qoruyan Konqres üzvləri, o cümlədən, müsəlman Raşidə Tlaib və İlhan Ömər bu bəyanata reaksiya veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri