16 
İyl
2019
03:22
210
27
6765
Virtual karabakh

Bir milyondan artıq amerikalı məşhur “51-ci bölgə”yə hücum etmək niyyətindədir

16 İyl, 2019
03:22
6765

Bir milyondan artıq amerikalı məşhur “51-ci bölgə”yə hücum etmək niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1,14 milyon amerikalı “51-ci bölgə” (Area 51) adlanan ABŞ HHQ-nə məxsus bazaya hücum etmək niyyətindədir.

Washington Post xəbər verir ki, bazaya yürüş haqda Facebook sosial şəbəkəsində “tədbirlər” bölümündə elan yerləşdirilib.

“Onlar bizim hamımızı dayandıra bilməzlər” şüarı altında keciriləcək “tədbir” sentyabrın 20-nə təyin edilib.

ABŞ ordusu komandanlığı bazanı müdəfiə edəcəyini bildirib. HHQ-nin nümayəndəsi Lora Makendrus bildirib ki, qoşun birləşməsi ABŞ-ın mülkiyyətini qorumağa hazırdır.  

“Bu ABŞ HHQ-nin istifadədə olan poliqonudur. Biz bura soxulmağı heç kimə məsləhət görmürük”, - deyə, o bildirib.

Navada ştatındakı “51-ci bölgə” hərbi bazası uzun müddət məxfi sayılıb və burada Yer kürəsinə gəlmiş yadplanetlilərin olduğu, onlar üzərində tədqiqatlar aparıldığı iddia edilir.

2013-cü ildə ABŞ dövləti bazanın mövcudluğunu təsdiq edib. Obyekt güclü mühafizə altındadır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri