16 
İyl
2019
09:35
40
167
9332
Virtual karabakh

S-400-ün zəif tərəfləri açıqlandı

16 İyl, 2019
09:35
9332

S-400-ün zəif tərəfləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın S-400 zenit-raket kompleksinin tərkibinə daxil olan və müxtəlif hava hədəflərini vurmaq üçün nəzərdə tutulmuş zenit idarəetmə raketlərinin zəif tərəfləri var.

ABŞ-ın “Stratfor” özəl kəşfiyyat-analitik şirkəti belə qənaətə gəlib.

Analitiklərin məlumatına görə, bu tip sistemin effektivliyi qarşıdakı rəqibdən asılı olaraq dəyişir. S-400 məhdud hücum üçün təhlükəli ola bilər, lakin batalyonu təqribən səkkiz raket qurğusuna malikdir və hər birində dörd raket yerləşir. Belə komplekt məhdud hücuma ciddi zərər verə bilər.

Qeyd olunur ki, əgər S-400 batalyonu təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərərsə və ya hava hücumundan müdafiənin digər vasitələri ilə dəstəklənmirsə, çox güman ki, qətiyyətli hücuma tab gətirməyəcək. Yəni S-400 raket hücumlarına qarşı zəifdir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri