17 
İyl
2019
10:52
13
301
4419
Virtual karabakh

Ermənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcək

17 İyl, 2019
10:52
4419

Ermənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Yerevan Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisində Rusiyanın mümkün iştirakı ilə əlaqədar Moskva ilə danışıqlar aparır.

“RİA Novosti” xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib.

O bildirib ki, Ermənistan atom enerjisindən imtina etmək istəmir.

T.Avinyanın sözlərinə görə, Ermənistanda “Metsamor” AES bağlandıqdan sonra yenisinin tikintisi imkanları nəzərdən keçiriləcək:

“Rusiyalı tərəfdaşlarla bu mövzunu müzakirə etməyə hazırıq. Artıq danışıqlar aparılır”.

Qeyd edək ki, “Metsamor” AES hazırda region üçün ciddi təhlükə mənbəyidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri