18 
İyl
2019
02:59
280
17
3168
Virtual karabakh

Paşinyanın doğma şəhərində polislə qarşıdurma yarandı, 13 nəfər yaralandı

18 İyl, 2019
02:59
3168

Paşinyanın doğma şəhərində polislə qarşıdurma yarandı, 13 nəfər yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın şimalında polislə toqquşma zamanı 13 nəfər xəsarət alıb.

RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib. 

Qeyd edilir ki, toqquşma Yerevandan 130 kilometr məsafədə, İcevan şəhəri yaxınlığında baş verib. Etirazçılar Gürcüstana gedən avtomobil yolunu kəsiblər və onlara meşələrdə odun tədarük etməyə icazə verməyi tələb ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yolu açmağa çalışıblar. Bu zaman etirazçılarla polis əməkdaşları arasında toqquşma başlayıb. Aksiyaçılar polisləri daşa basıblar. Asayiş keşikçiləri geri çəkiliblər.

“Toqquşmalar nəticəsində xəsarət alan 13 nəfər İcevan şəhərinin tibbi mərkəzinə çatdırılıb. Zərər çəkənlər lazımi müayinədən keçirlər. Onlar həkim nəzarəti altındadırlar”, - deyə, Nikoqosyan “Facebook” səhifəsində yazıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri