18 
İyl
2019
09:43
64
181
7037
Virtual karabakh

Türkiyə “S-400”lərə görə NATO-dan çıxarılacaq? - Baş katibdən cavab

18 İyl, 2019
09:43
7037

Türkiyə “S-400”lərə görə NATO-dan çıxarılacaq? - Baş katibdən cavab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO-nun heç bir ölkəsi “S-400” zenit-raket komplekslərinin Ankaraya tədarükü ilə əlaqədar Türkiyənin alyansdan çıxarılması məsələsini qaldırmayıb.

“RİA Novosti” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Türkiyə NATO-nun mühüm üzvüdür:

“Müttəfiqlərdən heç biri heç vaxt bu məsələni qaldırmayıb, çünki biz hamımız başa düşürük ki, bir-birimizdən asılıyıq”.

Bununla belə, Y.Stoltenberq əlavə edib ki, Türkiyənin aldığı “S-400” kompleksləri NATO-nun hava hücumundan müdafiə sistemlərinə inteqrasiya edilməyəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri