18 
İyl
2019
15:04
41
295
3144
Virtual karabakh

Yaponiyada animasiya studiyasında yanğın: 25 ölü - YENİLƏNİB + VİDEO

18 İyl, 2019
15:04
3144

Yaponiyada animasiya studiyasında yanğın: 25 ölü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Kioto şəhərindəki animasiya studiyasında baş vermiş yanğında ölənlərin sayı azı 25 nəfərə çatıb.

BBC xəbər verir ki, yanğında onlarla insan da xəsarət alıb.

Bildirilir ki, adı açıqlanmayan kişi səhər saatlarında “Kyoto Animation Co” studiyasına basqın edib. 

Polisin məlumatına görə, 41 yaşlı şühbəli kişi yanacaq tökərək ətrafı yandırıb. Şübhəli də yanğın zamanı xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

10:48

Yaponiyanın Kioto şəhərindəki animasiya studiyasında baş vermiş yanğın zamanı 10 nəfər ölüb.

“Kiodo” agentliyi xəbər verir ki, yanğın zamanı ümumilikdə 40 nəfərə yaxın adam xəsarət alıb.

Onlardan 10-u ağır vəziyyətdədir.

Şahidlərin sözlərinə görə, yanğından əvvəl partlayış səsləri eşidiblər. Polis yanğının qəsdən törədildiyini ehtimal edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri