18 
İyl
2019
12:04
284
22
2501
Virtual karabakh

Ermənistanda iğtişaş: 13 nəfər saxlanıldı

18 İyl, 2019
12:04
2501

Ermənistanda iğtişaş: 13 nəfər saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın İcevan şəhərində etirazçıların polislə toqquşmasından sonra 13 nəfər saxlanılıb.

“Sputnik Ermənistan”ın məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan açıqlama verib.

Onun sözlərinə görə, daha altı nəfərə qarşı başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə ilə bağlı polis əməkdaşlarına qarşı zorakılığın tətbiq edilməsi və xuliqanlıq faktı üzrə cinayət işi qaldırılmışdı.

Xatırladaq ki, iyulun 17-də taxta sexi işçilərindən ibarət qrup İcevandan Gürücüstana gedən dövlət əhəmiyyətli yolu bağlamışdı.

Nümayişçilər daha əvvəl olduğu kimi, onlara meşədə ağac kəsməyə icazə verilməsini tələb ediblər. Polis etirazçıları yoldan sıxışdırmağa çalışsa da, nümayişçilər hüquq-mühafizə əməkdaşlarına daş atmağa başlayıb.

İnsident nəticəsində 10-dan çox polis əməkdaşı xəsarət alıb. Yaralılar arasında etirazçılar da var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri