19 
İyl
2019
09:38
95
79
7483
Virtual karabakh

Gülnarə təcili yardım maşını ilə həbsxanadan çıxarıldı

19 İyl, 2019
09:38
7483

Gülnarə təcili yardım maşını ilə həbsxanadan çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanın birinci prezidentinin qızı Gülnarə Kərimova təcili yardım maşını ilə koloniyadan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə onun vəkili Qrequar Manja “Twitter” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, G.Kərimova ilə görüşmək üçün altı saat gözləyib. Yekunda onun G.Kərimova ilə danışıqlar aparmasına icazə verilməyib.

Vəkil gözləyərkən bir neçə təcili yardım maşınının koloniyanı tərk etməsinə şahidlik edib.

Q.Manja etibarlı mənbəyə istinadən bildirib ki, maşınların birində G.Kərimova olub. Onun sözlərinə görə, Kərimovanın saxlanıldığı koloniyada son həftə ərzində iki qadın vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri