20 
İyl
2019
07:30
44
374
3824
Virtual karabakh

Səudiyyə Ərəbistanının təhlükəsizliyi ABŞ-a həvalə edilir

20 İyl, 2019
07:30
3824

Səudiyyə Ərəbistanının təhlükəsizliyi ABŞ-a həvalə edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdel Əl Səud ABŞ-a öz ölkəsi ərazisində hərbiçilərin yerləşdirilməsinə icazə verdiyini bəyan edib. 

Bu barədə “Reuters” öz mənbəyinə istinadla xəbər verir.

Mənbə bildirib ki, Səudiyyə Ərəbistanına əvvəlcə 500 amerikalı gələcək. Onlar regionda təhlükəsizliyə nəzarət edəcək və ölkəni təhdid edən müxtəlif təhlükələrin qarşısını alacaqlar.

Son məlumatlara əsasən, ABŞ ordularının Səudiyyə Ərəbistanına göndərilməsi əməliyyatına artıq başlanılıb. 

Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanında qoşun yerləşdirilməsi barədə danışıqlara İranla münasibətlərin kəskinləşməsi fonunda başlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri