21 
İyl
2019
08:13
130
222
27376
Virtual karabakh

Gözəllik müsabiqəsinin iştirakçısı çimərlik geyimi ilə təəccübləndirdi – FOTO

“Miss İngiltərə” gözəllik müsabiqəsinin iştirakçısı müsəlman Ayşa Han çimərlik geyimi ilə jürini heyrətləndirib. Bu barədə “The Sun” yazır.

Han yarışda iştirak üçün aparılan seçim mərhələsində bikini geyinməmək, bunun əvəzinə isə hidrokostyumda şəkillər çəkdirmək qərarına gəlib. Lakin bu, ona finalçıların iyirmiliyinə düşməyə mane olmayıb.

Hanın sözlərinə əsasən, o, hidrokostyumu dini əqidələrə görə deyil, sadəcə çox açıq geyimlərdə özünü rahat hiss etmədiyi üçün seçib.

“Mən bütün yarış boyu öz mənəvi dəyərlərimə sadiq qalmağımla fəxr edirəm”, -deyə Han bildirib.

Onun hidrokostyum geyinmək qərarını bir çox qızlar, əsasən də gənc müsəlman xanımlar dəstəkləyiblər.
 
Han bu il “Miss Lankaşir” olub ki, bu da ona milli səviyyədə gözəllik müsabiqəsinə qatılmağa imkan verib.

“Miss İngiltərə” tacını əldə etmək üçün isə müsabiqənin on mərhələsini keçmək lazımdır. Nəticə isə avqustun 1-də bəlli olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri