21 
İyl
2019
10:05
109
196
3279
Virtual karabakh

Britaniya XİN hiddətlənib – Bu gün İranı sanksiyalar gözləyir

Böyük Britaniya İrana qarşı sanksiyalar tətbiq edə bilər.

Telegraph” xəbər verir ki, Birləşmiş Krallığın xarici işlər naziri Ceremi Hant İran tərəfindən Britaniyanın “Stena Impero” gəmisinin saxlanmasına cavab olaraq bu gün rəsmi Tehrana qarşı İran aktivlərinin dondurulması da daxil olmaqla, bir sıra diplomatik və iqtisadi tədbirlərin tətbiq ediləcəyini elan edə bilər.

Məlumata əsasən, İranın bu hərəkətinə cavab olaraq britaniyalı nazirlər sanksiyaların tətbiqi üzrə plan hazırlayırlar. Bundan başqa, nəşrin yazdığına görə, Böyük Britaniya Avropa İttifaqı və BMT-ni 2016-cı ildə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının imzalanmasından sonra aradan qaldırılmış sanksiyaları bərpa etməyə çağıra bilər.

Qeyd edək ki, iyulun 20-də Birləşmiş Krallığın Nazirlər Kabineti üzvlərinin Fars körfəzində gərginliyin artması ilə əlaqədar növbəti müşavirəsi keçirilib. Nazirlər İran tərəfindən tankerin saxlanması ilə bağlı yaranmış vəziyyəti də müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri