21 
İyl
2019
19:16
221
119
28462
Virtual karabakh

Berdiməhəmmədovun ölüm xəbəri ilə bağlı ilk rəsmi cavab - YENİLƏNİB

21 İyl, 2019
19:16
28462

Berdiməhəmmədovun ölüm xəbəri ilə bağlı ilk rəsmi cavab - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri ilə bağlı ilk rəsmi açıqlama verilib.

Bu barədə TASS-ın sorğusuna bu ölkənin Rusiyadakı səfirliyindən cavab gəlib.

Səfirliyin nümayəndəsi bildirib ki, Türkmənbaşının ölüm xəbəri tamamilə yalan informasiyadır.

 

17:39

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayılıb.

Lenta.ru” xəbər verir ki, bu barədə “Qovorit Moskva” Avrasiya Problemləri Monitorinqi Mərkəzinin direktoru Aslan Rubayeva istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Türkmənbaşının ölümü haqqında Aşqabadda çalışan iş adamları məlumat veriblər:

“Bunun dəqiq belə olub-olmadığını soruşanda dedilər ki, xüsusi xidmət orqanlarında işləyən tanış adamlar dövlət başçısının məzuniyyətdə olarkən vəfat etdiyini bildiriblər”.

Q.Berdiməhəmmədov iyulun 15-də məzuniyyətə çıxıb. Bundan əvvəl onun ölüm xəbərini “ElMurid” Telegram-kanalı da yayıb.

Dövlət başçısının böyrək çatışmazlığından öldüyü deyilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri