22 
İyl
2019
12:11
19
104
2857
Virtual karabakh

Ukrayna seçkilərindən “seçmələr”: bülleteni yemək istədi, özünü ölülüyə vurdu - VİDEO

22 İyl, 2019
12:11
2857

Ukrayna seçkilərindən “seçmələr”: bülleteni yemək istədi, özünü ölülüyə vurdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Lvov şəhərində ötən gün Ali Radaya keçirilmiş növbədənkənar seçkilərdə yaşlı qadın seçki məntəqəsində bülletenini yeməyə cəhd edib.

Life.ru” xəbər verir ki, 94 yaşlı pensiyaçı adı fiziki məhdudiyyətli vətəndaşların siyahısında olduğuna görə evdən səs verməli idi. Lakin seçki məntəqəsinə gələrək qalmaqal yaradıb.

Belə ki, qadın bülleteni doldurduqdan sonra onu seçki qutusuna atmaq istəyib. Amma qəflətən bülleteni cıraraq yeməyə cəhd edib. Bu səbəbdən yaranan qalmaqal dörd saat davam edib.

Seçkidə daha bir qalmaqallı hadisə qeydə alınıb. Qadın seçicilərdən biri seçki məntəqəsində özünü ölülüyə vurub. O, seçkilərə gedəndə pasportunu götürməyi unudub.

Sənədi olmadığına görə qadına seçki bülleteni verməyiblər və o, öz ölümünü təqlid etmək qərarına gəlib. Qadın qışqıraraq “burada daha qala bilməyəcəm” deyib və özünü yerə atıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri