22 
İyl
2019
16:07
76
121
4781
Virtual karabakh

Abramoviçin keçmiş arvadı yunan milyarderə ərə gedir

22 İyl, 2019
16:07
4781

Abramoviçin keçmiş arvadı yunan milyarderə ərə gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı milyarder Roman Abramoviçin keçmiş həyat yoldaşı Darya Jukova ərə gedir.

Page Six” nəşrinin yaydığı xəbərə görə, 38 yaşlı Darya bu dəfə özündən beş yaş kiçik olan yunanıstanlı milyarder Stavros Niarxosu seçib.

Cütlük keçən ay nişanlanıb. Stavros evlənmə təklifini iyunun 8-də - Daryanın Nyu-Yorkda keçirilən doğum günü ziyafətində edib. Həmin ziyafətdəki qonaqlar sırasında Devid Behkem, Liv Tayler, Tori Berç və başqaları da olub.

Hazırda Darya və Stavros toya hazırlaşırlar. Nikah mərasiminin vaxtı barədə dəqiq məlumat verilməsə də, toyun tez bir zamanda baş tutacağı sirr deyil.

Niarxosla Jukovanın sevgi macərası iki ildir davam edir. Cütlük bu müddət ərzində heç vaxt münasibətlərini gizlətməyib, bütün tədbirlərdə bir yerdə görünüb. 

D.Jukova rusiyalı milyarder R.Abramoviçdən 2017-ci ildə ayrılıb. Onların bu nikahdan iki övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri