22 
İyl
2019
18:37
67
39
7216
Virtual karabakh

Ən “gəzəyən” ölkə vətəndaşlarının “ilk 10-luğ”u açıqlandı

22 İyl, 2019
18:37
7216

Ən “gəzəyən” ölkə vətəndaşlarının “ilk 10-luğ”u açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən çox səyahət edən ölkə vətəndaşlarının “ilk 10-luğ”u açıqlanıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Mastercard” press-reliz yayımlayıb.

Açıqlanan məlumatlara görə, ən “gəzəyən” insanlar ABŞ vətəndaşlarıdır. Onların ən çox ziyarət etdikləri məkanlar isə Meksika, Kanada və İtaliyadır.

İkinci sırada Çin vətəndaşları qərarlaşıb. Asiyalılar ölkələrindən çox da uzaqlaşmağı sevmirlər. Belə ki, çinlilər əsasən Tayland və Yaponiya, daha sonra isə ABŞ-a üz tuturlar.

Üçüncü pillədəki almanların daha çox səfər etdikləri yerlər İtaliya, İspaniya və Avstriyadır.

Rusiya bu sıralamada doqquzuncu yerdə qərarlaşıb. Şimal qonşularımız ən çox Türkiyə, Tayland və Tunisə səyahət etməyi sevirlər.

“İlk 10-luq” isə aşağıdakı kimi formalaşıb.

Yer

Ölkə

Məkan 1

Məkan 2

Məkan 3

1

ABŞ

Meksika

Kanada

İtaliya

2

Çin

Tayland

Yaponiya

ABŞ

3

Almaniya

İtaliya

İspaniya

Avstriya

4

Böyük Britaniya

İspaniya

ABŞ

Hindistan

5

Fransa

İspaniya

ABŞ

Böyük Britaniya

6

Cənubi Koreya

Yaponiya

Çin

Vyetnam

7

Yaponiya

ABŞ

Çin

Tayvan

8

Kanada

ABŞ

Meksika

Hindistan

9

Rusiya

Türkiyə

Tayland

Tunis

10

Tayvan

Yaponiya

Koreya

Tayland

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri