22 
İyl
2019
20:30
26
253
4729
Virtual karabakh

Tacikistan – Qırğızıstan sərhədində atışma: yaralılar var

22 İyl, 2019
20:30
4729

Tacikistan – Qırğızıstan sərhədində atışma: yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tacikistan – Qırğızıstan sərhədində silahlı insident olub.

“RİA Novosti” xəbər verir ki, hadisə nəticəsində beş nəfər yaralanıb.

Hadisəyə səbəb Tacikistanın sərhəd zonasında yerləşən Vorux kəndində bayraq quraşdırılması olub. Qırğızıstanın Aksay kəndinin sakinləri isə buna etiraz ediblər.

Əvvəlcə sözlü mübahisə ilə başlayan gərginlik sonradan silahlı qarşıdurmaya keçib. Ov silahlarından istifadə edən tərəflər beş nəfərin yaralanmasına səbəb olublar.

Hər iki tərəfin sərhədçiləri hadisənin qarşısını alaraq daha da böyüməsinə əngəl olub.

Qeyd edək ki, sözügedən ərazidə daim insidentlər və qarşıdurmalar yaranır. Bunun əsas səbəbi isə dövlətlər tərəfindən sərhədlərin rəsmi olaraq delimitasiya edilməməsi və qeyri-müəyyənlikdir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri