23 
İyl
2019
04:33
26
153
1575
Virtual karabakh

Venesuela yenidən qaranlığa qərq oldu

Venesuelanın paytaxtı Karakas və ölkənin 16 ştatı elektrik enerjisiz qalıb.

RİA Novosti” xəbər verir ki, “blackout” ölkənin bütün hissələrinə yayılıb.

Məlumata görə, Karakas metropoliteninin 5 xəttindən 3-ü fəaliyyətini dayandırıb.

Xatırladaq ki, mart ayında Venesuelada bir neçə dəfə kütləvi elektrik enerjisinin kəsilməsi baş verib. Venesuela tərəfi baş verənlərdə ABŞ-ı ittiham etsə də, ABŞ Dövlət Departamenti bu ittihamları rədd edib.

Bizimlə əlaqə saxlayın