23 
İyl
2019
20:15
51
105
3756
Virtual karabakh

“Sovet Supermeni” haqqında film çəkiləcək

23 İyl, 2019
20:15
3756

“Sovet Supermeni” haqqında film çəkiləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Warner Bros.” studiyası Supermen haqqında yeni film çəkilişlərinə hazırlaşır.

“Lenta.ru” xəbər verir ki, “Supermen: Qırmızı oğul” animasiya filmi 2020-ci ildə ekrana çıxacaq.

Film Mark Millerin 2003-cü ildə çap olunmuş povestinin motivləri əsasında çəkiləcək.

Ekran əsərinin süjeti Supermenin raketinin düşdüyü Sovet kolxozunda baş verən hadisələrdən bəhs edir. Baş qəhrəman filmdə sosialist ideyalar, Stalin və beynəlxalq əlaqələr üçün mübarizə aparacaq.

Hadisələr 1953-cü ildən 2001-ci ilə kimi olan zaman dövrünü əhatə edəcək. Bundan başqa, filmdə gələcəkdən də bir səhnənin olacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri