24 
İyl
2019
05:35
219
37
3255
Virtual karabakh

Şimali Koreya rus gəmisini saxladı

24 İyl, 2019
05:35
3255

Şimali Koreya rus gəmisini saxladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreya sərhəd mühafizəçiləri Rusiyanın “Şimal-şərqi balıqçılıq şirkəti” MMC-yə məxsus “Syanxaylin-8” gəmisini saxlayıb.

Bunu cəmiyyətin direktor müavini Sergey Sedler “Kommersant” qəzetinə açıqlamasında deyib.

Bildirilir ki, insident hələ iyulun 17-də baş verib. Gəmi KXDR-nin ərazisindən 55 dəniz mili uzaqlıqda saxlanılıb. Sedlerin sözlərinə görə, gəmiyə doluşan sərhədçilər bütün əlaqə vasitələrini söndürüblər, daha sonra gəmi Vonsan limanına aparılıb.

O vaxtdan bəri gəmi heyəti ilə əlaqə saxlamaq mümkün olmayıb, Rusiyanın Pxenyanda olan səfiri isə ancaq dünən gəmiyə baş çəkə bilib.

Dənizçilərə gəmidən çıxmağa icazə verilmir. Yalnız gəmi kapitanı, onun köməkçisi və iki cənubi koreyalı mütəxəssis nəzarət altında hotelə yerləşdirilib.

Sedler dənizçilərin saxlanılması şəraitindən şikayət edib: gəmidə ventilyasiya olmadığından onlar 30-35 dərəcə istidə qalmağa məcburdurlar.   

Gəminin hansı səbəbdən saxlanılması və nə zaman buraxılacağı məlum deyil.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri