24 
İyl
2019
17:29
113
64
4577
Virtual karabakh

Koçaryan məhkəmədə tapançalarını tələb etdi

24 İyl, 2019
17:29
4577

Koçaryan məhkəmədə tapançalarını tələb etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın eks-prezidenti Robert Koçaryan Yerevanda Apellyasiya Məhkəməsinin iclasında istintaq orqanlarının ondan müsadirə etdiyi bir neçə silahın qaytarılmasını tələb edib.

Silahlar R.Koçaryandan ötən il götürülüb və hələ də hüquq-mühafizə orqanlarında qalır.

Sabiq dövlət başçısı bildirib ki, ondan götürülmüş silahlar qanunidir və onları qaytarmaq lazımdır:

“1 mart hadisələri zamanı həmin silahlardan atəş açılmayıb. Hər iki tapançanı digər ölkələrin rəhbərləri mənə hədiyyə ediblər”.

Məhkəmə onun tələbini təmin edib.

Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri