28 
İyl
2019
03:46
26
111
6411
Virtual karabakh

Yeni “Kral Şir”də “həqiqi” səhnə gizlədilib – FOTO/VİDEO

28 İyl, 2019
03:46
6411

Yeni “Kral Şir”də “həqiqi” səhnə gizlədilib – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni animasiya filmi “Kral Şir”in rejissoru Con Favro filmdə həqiqi çəkilmiş bir səhnə olduğunu boynuna alıb. 

Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

Söhbət giriş kadrlarında əks olunan Afrika savannası üzərində dan yeri sökülən andan gedir.

“Bu, “Kral Şir”dəki yeganə həqiqi səhnədir. Orada animator və rəssamlar tərəfindən kompüter qrafikası vasitəsilə ərsəyə gətirilmiş 1490 səhnə var. Mən onların birinin içində həqiqətən Afrikada çəkdiyimiz kadrı gizlətmişəm. Mənə maraqlı idi ki, görəsən, onu seçə bilən olacaq, ya yox”, - Favro yazıb.

Qeyd edək ki, yeni “Kral Şir” 1994-cü ildə “Disney” studiyası tərəfindən təqdim olunmuş cizgi filminin remeykidir. Onun  2018-ci ilin noyabrında işıq üzü görən treyleri “Disney” studiyasının debüt promorolikləri arasında internetdə baxış üzrə rekord vurub, belə ki, o, sutka ərzində 224,6 milyon baxış toplayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri