Avq
2019
10:41
189
24
3943
Virtual karabakh

“National Geographic”in Azərbaycanla bağlı səhvi aradan qaldırıldı - FOTO

7 Avq, 2019
10:41
3943

“National Geographic”in Azərbaycanla bağlı səhvi aradan qaldırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur elm və təhsil üzrə qeyri-kommersiya təşkilatlarından olan “National Geographic” Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan “National Geographic Kids” jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verildiyi və ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fərqli rəngdə təsvir olunduğu müəyyən edilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar nazirlik və Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görüb. Nəticədə, ölkəmizin xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub.

NRYTN və Azərbaycanın ABŞ-dakı səfirliyinin operativ müdaxiləsi nəticəsində adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib.

Bu link vasitəsilə Azərbaycan xəritəsi və müvafiq informasiya ilə tanış olmaq mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri