Avq
2019
22:53
47
135
9376
Virtual karabakh

Qırğızıstan prezidenti məzuniyyətini yarımçıq qoydu: Atambayevin həbsinə görə - YENİLƏNİB+ FOTO/VİDEO

7 Avq, 2019
22:53
9376

Qırğızıstan prezidenti məzuniyyətini yarımçıq qoydu: Atambayevin həbsinə görə - YENİLƏNİB+ FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün məzuniyyətini yarımçıq saxlayıb və Bişkekə yola düşüb.

TASS xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Ölkə başçısı eks-prezident Almazbek Atambayevin həbsi ilə əlaqədar istirahətini yarımçıq qoyub.

Atambayevin qərargahından onun tutularaq naməlum istiqamətə aparıldığını bildiriblər. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, A.Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib. O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.

 

19:25

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev həbs edilib.

TASS xəbər verir ki, keçmiş dövlət başçısının evinə gələn xüsusi təyinatlılar burada müqavimətlə qarılaşıblar.

Keçmiş prezidentin qərargahından bildirilib ki, evdən atəş səsləri gəlib. İlkin məlumatlara görə, aralarında bir jurnalist olmaqla 10 nəfər yaralanıb.

Mənbə bildirib ki, Atambayevin tərəfdarları onu həbs etmək üçün gəlmiş xüsusi təyinatlılara qarşı müqavimətə davam etsələr də, həbsinə mane ola bilməyiblər.

 

Qeyd edək ki, Qırğızıstan parlamenti iyun ayında A.Atambayevin eks-prezident statusunu ləğv etmiş, onun toxunulmazlığını qaldırmışdı. Keçmiş dövlət başçısı cinayətdə ittiham olunur.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri