Avq
2019
09:13
64
20
1717
Virtual karabakh

Ağ Evin tənqid etdiyi dövlət katibinin köməkçisi istefa verdi

8 Avq, 2019
09:13
1717

Ağ Evin tənqid etdiyi dövlət katibinin köməkçisi istefa verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ dövlət katibinin Qərb yarımkürəsi işləri üzrə köməkçisi Kimberli Brayer vəzifəsindən istefa verib.

The Washington Post” ABŞ administrasiyasının nümayəndələrinə istinadən xəbər verir ki, dövlət katibi Mayk Pompeo köməkçisinin istefa ərizəsini qəbul edib.

İstefanın dəqiq səbəbləri açıqlanmır. Ancaq nəşr qeyd edir ki, K.Brayerlə Ağ Evin digər nümayəndələri arasında problemlər olub. Ağ Ev nümayəndələri K.Brayeri ABŞ və Qvatemala arasında razılaşmaya görə tənqid ediblər.

Razılaşmaya əsasən, ABŞ ərazisinə keçmək istəyən miqrantları qəbul edəcək və onlara bir müddət sığınacaq veriləcək.

Dövlət katibinin köməkçisi isə belə razılaşmanı zəruri saymayıb.

“The Washington Post” bildirir ki, K.Brayer istefasının səbəbləri kimi şəxsi məsələləri əsas gətirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri