Avq
2019
17:16
240
47
2072
Virtual karabakh

Pakistan Hindistanla mədəni əlaqələri tam dayandırır

9 Avq, 2019
17:16
2072

Pakistan Hindistanla mədəni əlaqələri tam dayandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistan Hindistanla olan mədəni əlaqələri tam dayandırmaq qərarı alıb.

“RİA Novosti” xəbər verir ki, qərar iki ölkə arasında münasibətlərin mübahisəli Kəşmir bölgəsinə görə kəskinləşməsi fonunda qəbul edilib.

Pakistan Baş nazirinin informasiya və teleyayım məsələləri üzrə xüsusi müşaviri Firdus Aşik Avan bildirib ki, iki ölkənin bu sahə üzrə daha əvvəl planlaşdırılmış birgə tədbirləri ləğv edilib:

“Biz Hindistandan bütün növ (əyləncə - red.) kontentdən istifadəni dayandırmaq qərarına gəldik. Respublikanın Milli Təhlükəsizlik Şurası bütün cəbhələrdə hind ideologiyası ilə mübarizə üçün xüsusi qurumun təsis edilməsini tapşırıb. Hindistan materiallarının məzmunu yalan təbliğatdan ibarətdir”.

Xatırladaq ki, Hindistan Prezidenti bazar ertəsi Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında qanun imzalayıb.

Federal hökumətin təşəbbüsünə əsasən, bunun əvəzində iki müttəfiq ərazi yaradılacaq, onların hüquqları daha az olacaq. Bu təşəbbüs parlament tərəfindən qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri