10 
Avq
2019
18:19
45
239
6103
Virtual karabakh

Amerikalı milyarder həbsxanada intihar etdi

10 Avq, 2019
18:19
6103

Amerikalı milyarder həbsxanada intihar etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azyaşlıların cinsi istismarında günahlandırılan milyarder Ceffri Epşteyn Manhetten həbsxanasında intihar edib.

Oxu.az-ın "New York Times" qəzetinə istinadən verdiyi xəbərə görə, yerli hakimiyyət onun meyitinin şənbə günü, avqustun 10-da, yerli vaxtla təxminən 07:30 radələrində tapıldığını bildirib.

Bundan əvvəl - iyulun 25-də Epşteyni kameranın döşəməsində uzanmış halda görmüşdülər, məhkumun boynunda yara izlərləri vardı. Bir ehtimala görə, o, başqa bir həbsxanaya köçürülməsini tələb etmək üçün özünə xəsarət yetirmişdi. Başqa bir versiyaya görə isə, ona məhkum yoldaşı, dörd nəfərin ölümündə ittiham olunan keçmiş polis əməkdaşı Nikolas Tartalyone hücum edibmiş. Amma Taltalyone məsələyə heç bir aidiyyətinin olmadığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri