11 
Avq
2019
02:48
42
126
7645
Virtual karabakh

Dünyanın ən zəngin ailələri məlum oldu

11 Avq, 2019
02:48
7645

Dünyanın ən zəngin ailələri məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bloomberg” agentliyi dünyanın ən zəngin ailələrinin reytinqini təqdim edib.

Siyahı “Bloomberg Billionaires Index”in məlumatları əsasında tərtib edilib.

Reytinqin ilk pilləsində dünya üzrə ən böyük mağazalar şəbəkəsi olan “Walmart”ın sahibi Volton ailəsi qərarlaşıb. “Bloomberg”in hesablamalarına görə, ailə üzvləri 190,5 mlrd dollarlıq sərvətə malikdirlər.

İkinci yerdə 1911-ci ildə eyni adlı şirkət yaradan Frenk Marsın varislərinin adları çəkilir. “Bloomberg” bildirir ki, onların sərvəti ümumilikdə 126,5 mlrd dollara müvafiqdir.

Üçüncü pilləyə isə “Koch Industries” korporasiyasının əsasını qoyan Fred Koxun oğlanları layiq görülüblər. Şirkət 1940-cı ildə yaradılıb və hazırda Çarlz və Devid Kox tərəfindən idarə edilir. “Bloomberg” onların ümumi sərvətini 124,5 mlrd dollara müvafiq dəyərləndirir.

Liderlərin ilk beşliyinə, həmçinin Səudiyyə Ərəbistanının Əl-Səud sülaləsi (100 mlrd dollar), eləcə də “Chanel” moda evinin əsasını qoyan Pyer Verthaymerin nəvələri, Alen və Jerar Verthaymer qardaşları (57,6 mlrd dollar) daxil ediliblər. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri