11 
Avq
2019
05:30
109
43
4602
Virtual karabakh

Tramp bir tvitlə filmin premyerasını ləğv etdi

11 Avq, 2019
05:30
4602

Tramp bir tvitlə filmin premyerasını ləğv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da “Ov” trillerinin premyerası qurbanlarla nəticələnən bir neçə atışma hadisəsindən sonra təxirə salınıb.

Bu barədə TASS “Universal Pictures” kinostudiyasına istinadən xəbər verir.

Studiya qeyd edib ki, hazırda “filmi təqdim etməyin vaxtı deyil”.

Filmin pərəstişkarlarının fikrincə, studiya belə bir addımı prezident Donald Trampın kinostudiyaların kütləvi güllələmələrin sayının artmasına təsiri ilə bağlı yazdığı tvitindən sonra atıb.

Xatırladaq ki, Tramp özünün “twitter” səhifəsində Hollivudu tənqid edib.

Onun sözlərinə əsasən, prokatda çıxan filmlər xaos salmaq üçün yaradılır. Hollivudda qəddar filmlər çəkilir, sonra isə başqalarını günahlandırmağa çalışırlar.

“Liberal Hollivud olduqca irqçi olmaqla, özündə kin və nifrəti ehtiva edir”, - deyə Tram bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri